zamanlabirge.az
zamanlabirge.az

Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanladı

30-09-2020, 11:57

Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanladı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb.
Məktubda Türkiyə-Aİ əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib.
Məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.
Qeyd edək ki, məktub Yunanıstan və Şimali Kipr xaric Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA