zamanlabirge.az
zamanlabirge.az

İlon Mask "Twitter"lə razılaşmasına görə federal araşdırma altındadır

14-10-2022, 10:06

İlon Mask "Twitter"lə razılaşmasına görə federal araşdırma altındadır Amerikalı iş adamı İlon Mask "Twitter" şirkəti ilə razılaşmasına görə federal istintaq altındadır.
Bu barədə "Bloomberg" agentliyi məhkəmə sənədinə istinadən bildirib.
"İlon Mask hazırda "Twitter"in alınması ilə bağlı davranışına görə federal araşdırma altındadır", - deyə şirkətin nümayəndələri bildirib.
Öz növbəsində, "Reuters" agentliyi qeyd edib ki, "Twitter" şirkəti bir neçə ay əvvəl İ.Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarının təqdim edilməsi barədə xahiş edərək sorğu göndərib, lakin yazışmalar təqdim edilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA