zamanlabirge.az
zamanlabirge.az

Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

31-01-2023, 11:20

Pakistanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb "Geo.tv" telekanalı xilasetmə xidmətinə istinadən məlumat yayıb ki, Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
"Çərşənbə axşamı səhər saatlarında xilasedicilərin dağıntılar altından daha 9 cəsədi çıxarması ilə Pişəvərdə məsciddə terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb", - deyə məlumatda bildirilir.
Daha 150 nəfərin yaralandığı qeyd edilir.
Xatırladaq ki, daha əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.
Partlayışa görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" terror təşkilatı öz üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA