Qazaxıstan prezidenti Silahlı Qüvvələrin quru qoşunlarının rəhbərini dəyişib
Qazaxıstan Silahlı Qüvvələrin quru qoşunlarının rəhbəri Talqat Koybakov prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə vəzifəsindən azad olunub.
Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Silahlı Qüvvələrin quru qoşunlarının yeni rəhbəri Asan Jusupov təyin edilib.
Qeyd edək ki, Asan Jusupov bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
/zamanlabirge.az/