zamanlabirge.az
zamanlabirge.az

İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur – Viktor Orban

26-09-2023, 09:25

İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur – Viktor Orban Zamanlabirge.az xəbər verir ki, İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.
"İsveçin təhlükəsizliyini təhdid edən heç bir vəziyyət yoxdur. Buna görə də NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur", - deyə Orban bildirib.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto iyunun 14-də bəyan edib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur.
“Bu cür tənqidlər İsveçin NATO üzvlüyünü təsdiqləməmək üçün əsaslı səbəbdir”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Budapeşt hökuməti iyunun 28-də İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi sessiyasının payıza qədər təxirə salındığını elan edib.
Macarıstanda müxalifət iyulun 31-də İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün növbədənkənar parlament iclasına başlayıb.
Hakim partiyanın deputatlarının boykot etdikləri sessiyaya gəlməməsi səbəbindən kifayət qədər səs çoxluğu əldə olunmadığından səsvermə keçirilə bilməyib.

/zamanlabirge.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA