zamanlabirge.az
zamanlabirge.az

İran gələn il Xəzər konvensiyasını təsdiqləyəcək - Rusiya açıqladı

20-09-2019, 10:49

İran gələn il Xəzər konvensiyasını təsdiqləyəcək - Rusiya açıqladı İran 2020-ci ildə Xəzər Konvensiyasını ratifikasiya edə bilər.
Bu barədə "Ria Novosti” informasiya yayıb.
Bu haqda Rusiya Federasiyasının Xəzər dənizi məsələləri üzrə ali səviyyəli dövlətlərarası işçi qrupundun nümayəndəsi İqor Bratçikov danışıb: "Gələn ilin fevral ayında İranda parlamentə seçkilər keçiriləcək. Biz Məclisin yeni tərkibinin bu məsələ ilə yaxından məşğul olacağını ehtimal edirik və hazırda İran parlamentinin aparatında ekspert araşdırması aparılır" .
Xəzər Konvensiyasını hələ təsdiqləməmiş yeganə ölkə İrandır.
Qeyd edək ki, cümə axşamı Rusiya Federasiyası Dövlət Duması Xəzərin hüquqi statusuna dair konvensiyanı ratifikasiya edib. Müvafiq qanun layihəsini Rusiya Dövlət Başçısı Vladimir Putin Dövlət Dumasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin avqust ayında Xəzərinyanı beş ölkənin dövlət başçıları Qazaxıstanın Aktau şəhərində 1996-cı ildən bəri 20 ildən çox müddətdir tarixi sənəd olan Xəzərin hüquqi statusu haqqında konvensiya imzalayıblar. Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri qəbul edib. Sənəd beş dövlətə Xəzər dənizinə müstəsna və tam hüquqlar, yeraltı sərvətlərinin və digər ehtiyatlarının diqqətlə işlənməsi və istifadəsini ehtiva edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA