Birinci vitse-prezidentə SUİ-QƏSD: Həyat yoldaşı saxlanıldı
Zimbabvenin Birinci vitse-prezidenti Konstantino Çivenqanın 38 yaşlı həyat yoldaşı Meri Çivenqa saxlanılıb.
Məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, Meri Çivenqa həyat yoldaşına qarşı sui-qəsddə ittiham olunur.
Zimbabve Prokurorluğu qadının 23 iyun 2019-cu ildə 63 yaşlı həyat yoldaşına tibbi yardım etməkdən imtina etdiyini və yalnız son anda mühafizəçilərinin müdaxiləsi sayəsində xəstəxanaya çatdırıldığını bildirib.
Yerli "Standart” qəzeti isə qadının həmçinin ölkədən qanunsuz 1 milyon dollar çıxarmaqda və 920 min dollar çirkli pulu yumaqda ittiham olunduğunu yazıb.
Qeyd edək ki, Konstantin Çivenqa Robert Muqabeni hakimiyyətdən devirən əsas şəxslərdən biridir.