Samir Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
16-08-2023, 10:40
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Samir Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Samir Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynovdur.
Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Samir Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Samir Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Samir Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Samir Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Samir Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Samir Hüseynov özünü doğruldub. Bizdə hörmətli Samir Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Tovuz rayon Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynov - “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsi yaşayır. Bu prosesdə regionların social-iqtisadi inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır. Bu da ondan ibarətdir ki, ötən dövrdə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib”.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayır. Hazırda dördüncü dövlət proqramı həyata keçirilir. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Prezident İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlarkən regionların sosial-iqtisadi inkişafını özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Həmin dövrdən indiyədək bölgələrdə həyata keçirilən tədbirlər nəticəsində rayonlarımızın siması əhəmiyyətli dərəcədə dəyişib, müasirləşib və burada ən yeni standartlara uyğun yanaşma ortaya qoyulur.
Diqqətçəkən məqam ondan ibarətdir ki, regionların inkişafı ilə bağlı görülən işlər şəxsən cənab Prezidentin nəzarətindədir. Belə ki, dövlətimizin başçısı birinci xanımla birlikdə mütəmadi olaraq bölgələrə səfərlər edir və reallaşdırılan tədbirlərlə şəxsən tanış olur. Cənab Prezident bölgələrdə yeni təməllər atır, eyni zamanda açılışlar edir. Avqustun 7-də dövlətimizin başçısının bölgələrə növbəti səfəri də bunu təsdiqləyir. Belə ki, Prezident İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışı edib. Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Bundan başqa, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Dövlət başçısının Qazaxda açılışını etdiyi “Venzana” mebel fabriki isə bölgələrdə yeni iş yerlərinin açılması, istehsal müəssisələrinin yaradılması baxımından önəmlidir.
Prezident İlham Əliyev avqustun 7-də Şəmkir, Samux, Bərdə rayonlarında da açılışlar edib: “Beləliklə, respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verir. Nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayır”.