zamanlabirge.az
zamanlabirge.az

“Aqressiya olarsa, onda “F-16”ları görəcəklər” - İlham Əliyev

26-10-2020, 16:07

“Aqressiya olarsa, onda “F-16”ları görəcəklər” - İlham Əliyev “Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16”ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam”.
Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
“Gedin açın baxın da, peykiniz var da, görmürsüz nə qayırır? Gedin baxın da “F-16” neyniyir, havadadır, ya yerdədir. Yerdədir, özü də təlimlər üçün gəlib, müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o “F-16”ları onlar görəcəklər.
Orada cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Ermənistana da sual verin də. Sual verin o silahları onlara verənlərə. O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, onların bir ay ərzində nə qədər pulu batıb? Biz onların nə qədər silahını məhv etmişik. Bir dənə də jurnalist bu sualı mənə vermir. Maraqlı deyilmi? Maraqlıdır.
Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, -deyə dövlət başçısı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA