zamanlabirge.az
zamanlabirge.az

27 sentyabr – qələbəmizin dönüş nöqtəsi

5-11-2022, 21:46

Rəşadət Sadıqov,
Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu

44 gündən sonra qazanılan şanlı qələbə

27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni və şanlı bir səhifədir. 30 ildən artıq bir zamanda torpaqlarımızın 20 faizi erməni faşistlərinin tapdağı altında idi. Tarixin müxtəlif dövrlərində torpaqlarımızı işğal edərək soydaşlarımızı qanına qəltan edən ermənilərə verilən layiqli dərsin başlanğıcı oldu 27 sentyabr. Anım günü olan 27 sentyabr həm də soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz bir gün oldu.
Azərbaycan dövləti tarixi bir dövlətdir. Minilliklərin süzgəcindən keçib gələn torpaqlarımızda süni surətdə ermənilər yerləşdirilib. Səmimiliyimizin nəticəsidir ki, bu gün torpaqlarımızda yer verdiyimiz erməni millitaristləri bizə qarşı torpaq iddiasına düşdülər. Havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə də nail oldular. Azərbaycan torpaqlarında öz dövlətlərini quran ermənilər Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaşamaq həvəsində bulundular. 27 sentyabr – qələbəmizin dönüş nöqtəsi
Çox şükürlər olsun ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən Azərbaycanda dövlətçilik ənənələrinin bərpa olunması işi başlandı. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycan ərazisinin işğal olunmasını bilə-bilə təcavüzkara qarşı heç bir əməli addım atmadı. Doğma ata-baba yurdlarımızın düşmən tapdağından azad olunması üçün, bütün sahələrdə olduğu kimi, xüsusən ordu quruculuğu işinə xüsusi diqqət ayrıldı. Ordu quruculuğu sahəsində aparılan uğurlu islahatlar bir daha sübut etdi ki, Azərbaycan öz ata-baba torpaqlarını geri qaytarmağa qadirdir. Nə qədər səmimi, mehriban olsaq da, torpaqdan pay olmaz prinsipi yekdir. Bu minvalla da dəfələrlə Ermənistan Respublikasının rəsmi nümayəndələri ilə görüşlərdə sülh yolu ilə torpaqların qaytarılmasını tələb etdi. Amma ermənilər kimlərəsə arxayın olub danışıqlardan boyun qaçırdılar.
Azərbaycan dövləti isə ordu sıralarını modernləşdirdi, güclü zabit heyəti formalaşdırdı. Beynəlxalq hüquq qanunlarına məhəl qoymayan erməni rəhbərləri sərsəm bəyanatlar verərək Azərbaycanı yeni əraziləri zəbt etməklə hədələməyə başladılar. Amma onlar bunu yaxşı bilməli idilər ki, bu xalqın da səbr kasası var, bu kasa daşdısa, ətrafını belə tanımır. Həqiqətən də 27 sentyabr 2020-ci il tarixdə ordumuz ermənilərin Azərbaycana qarşı törətdikləri təxribata cavab verməli oldu. Orduya “İrəli!” əmri Ali Baş Komandandan gəldi. Elə ilk saatlardan, ilk günlərdən müzəffər ordumuzun əsgər və zabitləri düşmənə sarsıdıcı zərbələr endirməyə başladılar. Saatbasaat, günbəgün işğal altında olan kənd, şəhər və qəsəbələrimiz düşmən tapdağından azad olunmağa başlandı. Özünü itirən ermənilər hara gəldi qaçmağa başladılar. Silah-sursatlarını, hətta namuslarını qoyub qaçmağa başladılar. Sonra alçaq hərəkətlərə əl atdılar. Döyüş medanında qarşı-qarşıya gələ bilməyən ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan atəş açmağa başladılar. Çoxlu sayda dinc sakinlər yaralandı və qətlə yetirildi. Amma şanlı ordumuz bunun cavabını artıqlaması ilə döyüş meydanlarında verdi. 44 gün davam edən müharibədə ordumuzla bacara bilməyən tör-töküntü erməni dığaları qarşımızda diz çökərək ağ bayraq qaldırmağa məcbur oldu. Ermənistanın baş naziri həmin zaman qaçıb siçan deşiyinə girdi. Təslim aktını da elə bir yerdə imzaladı. Bundan sonra bütün dünya dövlətlərinin aparıcı ordu rəhbərləri Azərbaycan əsgər və zabitlərinin qüruruna, döyüşkənliyinə heyranlıqla münasibət bəslədilər. Bu gün Azərbaycanın şanlı ordusu dünyanın 50 ən güclü ordusu sırasında özünə yer alır. Artıq qürurla deyə bilərik ki, bizim ordumuz qalib ordu, xalqımız qürurlu xalqdır.
Vətən məfhumu müqəddəsdir. Belə bir deyim var: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda isə Vətən olur". İşğal altında olan torpaqlarımız şəhid övladlarımızın qanı bahasına azad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə Ulu Tanrıdan şəfa diləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar daim qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Atalar yaxşı deyib: “Torpağı əkib-becərmirsənsə, onu qorumağa, qorumursansa, əkib-becərməyə dəyməz". Həqiqətən də Azərbaycan dövləti torpağını həm əkib-becərir, həm də qoruyur. 30 il düşmənin tapdağında olan torpaqlarda ermənilər bir daş üstə daş belə qoymamış, kənd, şəhər və qəsəbələr yerlə-yeksan olunmuşdu. 27 sentyabr – qələbəmizin dönüş nöqtəsi
Qələbədən heç bir il keçməmiş, yurd yerlərimiz artıq abadlaşmağa başlayıb. 30 ildən bəri xarabalığa çevrilmiş bu yerlərə baxanda adamın ürəyi ağrayırdı. Ermənilər özləri də yaxşı bilirdilər ki, bu yerlər onların deyil, ona görə də bir daşı belə daş üstə qoymayıblar.
Az bir zaman kəsiyində müasir tələblərə cavab verən asfalt yol çəkilib başa çatmaqdadır. Füzuli şəhərində artıq hava limanı istifadəyə verilib. Bu hava limanına artıq uçuşlar yerinə yetirilir. Azərbaycanın incəsənət beşiyi olan Şuşada artıq bir çox idarə və müəssisələr istifadəyə verilib. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Gövhər Ağa Məscidi və digər yerlər artıq öz gözəlliyini almaqdadır.
Dünya dövlətlərinin rəsmi nümayəndələri, jurnalistlər də ermənilərin vəhşiliklərinin bir daha şahidi olmaqdadırlar. Şuşada, Laçında, Füzulidəvə digər işğal olunmuş kənd, şəhər və qəsəbələrimizdə dağıntıları öz gözləri ilə görüb, bir daha erməni vəhşiliyinin şahidi olublar.
Atalarımız yaxşı deyib. “Haqq nazilər, amma üzülməz". 44 günlük müharibədə haqq öz yerini tutdu. Yağı düşmənin başı “dəmir yumruq”la birdəfəlik əzildi.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA