zamanlabirge.az
zamanlabirge.az

Saatlıda karxana sahibinə cinayət işi başlandı

22-12-2022, 12:39

Saatlıda karxana sahibinə cinayət işi başlandı Saatlı rayonunda fəaliyyət göstərən karzxana sahibi barədə cinayət işi başlanıb.
Saatlı Rayon Prokurorluğundan verilən məlumata görə, Saatlı rayonu ərazisində yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 ha ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551.800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt görə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA