“İnter”lə “Milan”ın istədiyi futbolçunun qiyməti bəlli oldu
Fransanın “Marsel” klubu futbolçusu Florian Toveni satmağa razı olub.
Liqa1 təmsilçisi yarımmüdafiəçisini 15-20 milyon avroya satmağa hazırdır.
Tovenin xidmətində İtaliya təmsilçiləri maraqlıdır. Həm “Milan”, həm də “İnter” yarımmüdafiəçini heyətində görməkdə maraqlıdır.
Qeyd edək ki, 27 yaşlı futbolçu başa çatan mövsümdə Liqa1-də 20 matç keçirib.