Bəxtiyar Osmanov: Xaçmazda şəhid ailələrinə və qazilərə xüsusi diqqət yetirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
20-09-2023, 12:06
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Bəxtiyar Osmanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bəxtiyar Osmanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bəxtiyar Osmanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Bəxtiyar Osmanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Körpünün uçması nəticəsində xəsarət alan şəxs xəstəxanada ziyarət olunub
Xaçmaz rayonunda 3 aşırımlı avtomobil körpünün uçması nəticəsində çökəyə düşən VAZ-2106 markalı minik avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əlisafa Abas oğlu Heybətov, Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Efsun Əsgər oğlu Qarayev və Xaçmaz rayon sakini - 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra yaralılardan Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyyə olunub. Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb. Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov xəstəxanada müalicə alan Əlisafa Heybətovu ziyarət edib, səhhəti ilə maraqlanıblar. Əlisafa Heybətova şəfalarını diləyiblər. Həkimlər xəsarət alan rayon sakininin həyatı təhlükəsi olmadığını bildiriblər.
Şəhid Elnur Rüstəmovun anım mərasimi keçirilib
Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun böyüyüb boya-başa çatdığı Əbilyataq kəndində il mərasimi keçirilib. Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və Əbilyataq kənd sakinləri iştirak ediblər. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhid Elnür Rüstəmovun məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizin şərəfli döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıb. Anım mərasimində Elnur Rüstəmovun ömür yoluna nəzər salınıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.