zamanlabirge.az
zamanlabirge.az

Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə futbol turniri keçiriləcək

9-04-2021, 17:36

Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə futbol turniri keçiriləcək “ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq. Belə ki, 22 aprel tarixində futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.
Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən 12 – 22 aprel tarixində “Dostluq” turniri təşkil olunacaq.
Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandalar yarışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA