zamanlabirge.az
zamanlabirge.az

FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb

19-04-2021, 17:20

FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb Beynəlxalq Futbol Federasiyası (FİFA) yeni Super Liqanın yaradılmasına qarşı çıxıb.
Bu barədə FİFA-nın bəyanatında deyilir.
Bəyanatda bildirilir: "FİFA yeni Super Liqanın yaradılması planlarına qarşıdır, çünki yarışlar beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxır".
Xatırladaq ki, daha əvvəl Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan ediblər. Yeni Super Liqanı İngiltərənin "Mançester Yunayter", "Mançester Siti", "Liverpul", "Çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real" və İtaliyanın "Milan", "İnter", "Yuventus" klubları yaradıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA