zamanlabirge.az
zamanlabirge.az

Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib

13-11-2023, 12:10

Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib Lionel Messi 2022/23 mövsümünün sonunda “İnter Mayami” klubunun ən yaxşı oyunçusu seçilib.
2023-cü ilin yayında Messi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb.
“İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol var.
Qeyd edək ki, bu il Messi karyerasında 8-ci dəfə "Qızıl top"u qazanıb. "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 30-da olub. Messi (Argentina millisi, "İnter Mayami") 462 xal toplayıb. O, 2-ci yeri tutan Erlinq Haalandı (Norveç yığması, "Mançester Siti") 105 xal qabaqlayıb. İlk "3-lüy"ü Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb - 270 xal.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA