zamanlabirge.az
zamanlabirge.az

Rusiyalı nazir ölkəsinin WADA-nın ittihamları ilə qismən razılaşdığı xəbərlərini təkzib edib

4-12-2019, 10:16

Rusiyalı nazir ölkəsinin WADA-nın ittihamları ilə qismən razılaşdığı xəbərlərini təkzib edib Rusiya Yevgeni Moçalovun Moskva antidopinq laboratoriyasında məlumat bazasının dəyişdirilməsi ittihamları ilə razılaşmayıb. Bu bəyanatla Rusiyanın İdman naziri Pavel Kolobkov çıxış edib.
Bazar ertəsi "Sports Integrity Initiative” portalı Dünya Antidopinq Agentliyinin (WADA) komitəsinin hesabatına əsaslanaraq yeni məlumat yayıb. Belə ki, Rusiyanın Moskva antidopinq laboratoriyasında məlumat bazasının sistem inzibatçısı Moçalov tərəfindən 2018-2019-cu illərdə dəyişdirilməsi faktını təsdiq etdiyi bildirilir. Sözügedən şəxs laboratoriyanın direktoru Yelena Moçalovanın həyat yoldaşıdır.
Kolobkov deyib: "Bu informasiya həqiqətə uyğun deyil. İdman Nazirliyi tərəfindən Moçalovun bazaya müdaxiləsi barədə heç bir məlumat təsdiq olunmayıb”.
Rusiya tərəfi laboratoriyanın baza məlumatlarını danışılan müddətdə WADA-ya təqdim etməyib. Agentliyin ekspertləri əvvəldən razılaşdırılmış müddətdə (dekabrın 31-də) deyil, daha gec – yanvarın ilk günlərində laboratoriya məlumatları ilə tanış ola biliblər. Moskva antidopinq laboratoriyasının qorunub saxlanılması ötən ilin sentyabrında Rusiya Antidopinq Agentliyinin statusunun bərpa edilməsinin əsas şərti olub.
Laboratoriyada olan informasiyalarla manipulyasiya olunduğunu aşkar edən WADA özünün İcraiyyə Komitəsinə Rusiya idmanına qarşı sanksiyaların tətbiqini tövsiyə edib. Bu sanksiyalarda rusiyalı idmançıların dörd il müddətinə öz milli bayraqları ilə Olimpiya oyunları, dünya çempionatlarında iştirakdan kənarlaşdırılması nəzərdə tutulur.
Bu məsələnin müzakirəsi üçün WADA İcraiyyə Komitəsinin dekabrın 9-da iclas keçirəcəyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA