zamanlabirge.az
zamanlabirge.az

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kubokunun iştirakçılarının podium məşqləri keçirilir

11-03-2020, 20:10

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kubokunun iştirakçılarının podium məşqləri keçirilir Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kubokunun iştirakçılarının podium məşqləri keçirilir.
2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış martın 12-dən 15-dək keçiriləcək.
Dünya kubokunun iştirakçısı, britaniyalı gimnast Heyden Skinner bildirib ki, məşq uğurlu keçib və o yarışlarda yaxşı nəticə göstərəcəyinə ümid edir:
“Bu, mənim Bakıya ilk səfərimdir. Burada hər şey, xüsusilə də insanlar mənim xoşuma gəlir. Dünya Kubokunda mənim əsas məqsədim yaxşı nəticə göstərmək, proqramımı səhvsiz yerinə yetirməkdir”.
Qazaxıstan gimnastı Nəriman Qurbanov Bakıya üçüncü dəfə gəldiyini deyib:
“Yarışlara hazırlıq əla keçir, bizim üçün gözəl şərait yaradılıb. Bakıda əvvəlki çıxışlarımı xatırlasaq, 2018-ci ildə 7-ci, 2019-cü ildə isə 4-cü olmuşam. Bu il ilk üçlükdə yer almağa ümid edirəm”.
Qvatemalanı təmsil edən Xorxe Veqa Lopes vurğulayıb ki, Dünya kubokunda kifayət qədər yüksək rəqabət var:
“Buna baxmayaraq, ümid edirəm ki, yaxşı nəticə göstərəcəyəm və medallar uğrunda mübarizə aparacağam. Yarışın təşkilatçılığı yüksək səviyyədədir, iştirakçılar arasında olmaqdan məmnunam”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA