zamanlabirge.az
zamanlabirge.az

Bankda krediti olanlar, DİQQƏT! - Faiz dərəcəsi...

4-08-2019, 10:57

Bankda krediti olanlar, DİQQƏT! - Faiz dərəcəsi... Son zamanlar bank sektorunda müəyyən sabitləşmə müşahidə olunur.
Lakin buna baxmayaraq, bank sektorunda mövcud olan bir sıra problemlər hələ də həllini tapmayıb. Bu problemlərdən biri də biznes kreditlərində artımın müşahidə olunmamasıdır. Hətta Prezident İlham Əliyev ötən gün sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə də mövcud vəziyyətdə bank sektorunda əhəmiyyətli likvidlik olsa da, biznes kreditlərinin artmadığını vurğulayıb.
Biznes kreditlərində artımın baş verməməsinə hansı amillər əngəl törədir və çıxış yolu nədir?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, problemli kreditlərin həlli ilə bağlı yeni mexanizm tətbiq olunandan sonra, likvidlik daha da artdı:
"Bu problem uzun müddətdir ki, mövcuddur. Əslində banklar likvid vəsaitləri iqtisadiyyatda yerləşdirməlidir. Çünki likvid vəsaitlər bank üçün əlavə yük formalaşdırır. Bankın funksiyası bu vəsaitlərin idarə olunması və gəlirin əldə edilməsindən ibarətdir. Yəni, indiki şərait bank fəaliyyətinin fəlsəfəsinə zidd situasiyadır.
Hazırkı şəraitdə banklar daha liberal və yumşaq pul-kredit siyasəti həyata keçirə bilmirlər
2015-ci il təcrübəsi göstərdi ki, indiki halda banklar daha etibarlı və sərt pul-kredit siyasəti həyata keçirməlidirlər. Digər tərəfdən, biznesin əksər subyektləri fundamental səbəblərdən dolayı məlum müddət ərzində sınaqdan çıxa bilmədilər. Nəticədə müştərilərin böyük əksəriyyəti problemli müştəri kateqoriyasına daxil olub. Problemli müştərinin isə banklardan kredit cəlb etmək imkanı məhdudlaşır.
İqtisadiyyatda risklər hələ də qalmaqdadır
Son 3 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində müxtəlif mexanizmlər hazırlanıb. Lakin bu mexanizmlərin təsirləri hələlik çox zəifdir. Ona görə də tələb aşağı düşüb və biznes gözlənilən dinamika ilə inkişaf etmir. Bu məsələdə faizlərin təsiri də danılmaz faktdır. Mənfəət norması azalıb və artıq biznes əvvəlki dövrlərdə olduğu kimi, ilə 70-80% mənfəət norması ilə fəaliyyət göstərmir. Hazırda mənfəət norması təxminən 30-35 faizə düşüb. Bu şərtlər daxilində 20-30 faizlə kredit cəlb edilməsi biznesin özü üçün də maraqlı deyil. Eyni zamanda 2015-ci ildə problemlərin üzə çıxması fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlərin verilməsi prosedurunu nisbətən çətinləşdirib. Burada əsas məqsəd toksid aktivlərinin yaranması prosesinin qarşısını almaqdır. Lakin bu addım kreditlərin verilməsinə mənfi təsir göstərir.
Likvid aktivlərin çoxalması fonunda bankların kredit faizlərini aşağı salaraq, öz vəsaitlərini iqtisadiyyatda yerləşdirmək istəməməsinin səbəbi nədir?
Birincisi, banklar həmin vəsaitləri yerləşdirmək üçün hansısa böyük müştəri bazasına və iqtisadiyyata malik deyillər. İkincisi, hazırkı şərtlər daxilində vəsaitlərin cəlb olunmasına sərf olunan xərclərlə bağlıdır. Çünki bankların cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi məhz vətəndaşlara bağlıdır. Mərkəzləşdirilmiş kreditlər isə çox azdır. Bankların vətəndaşdan cəlb etdiyi vəsaitin orta illik faiz dərəcəsi 10% ətrafında dəyişir. Vəsaitlərin üzərinə infilyasiya riskləri və marjanın əlavə olunması faizlərin aşağı düşməsinə mane olur. Ona görə də banklar aşağı pul-kredit siyasəti həyata keçirmir. Verilən kreditlərin geri qaytarılması ilə bağlı risklər də kredit faizlərinin aşağı düşməsinə əngəl törədir. Riskin yüksək olması kredit faizlərinə də təsir edir. Bu isə bank kreditlərinin aşağı düşməsinə və sərt pul siyasəti həyata keçirilməsinə yol açır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA