zamanlabirge.az
zamanlabirge.az

Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb

21-08-2019, 11:50

Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb 2019-cu ilin iyul ayında Bakıda kommersiya obyektlərinin qiyməti ötən ilin iyulu ilə müqayisədə cüzi artıb.
Bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.
Ötən ilin iyulunda kommersiya obyektlərinin bir kvadratmetrinin qiyməti 1530 dollar, bu ilin iyulunda isə1585 dollar təşkil edib.
İyul ayında bu göstərici iyun ayı ilə müqayisədə 2,9 faiz, ötən ilin iyulu ilə müqayisədə 3,59 faiz artıb.
Torpaq bazarında da qiymətlərdə artım müşahidə olunub. Bu ilin iyulunda 100 kvadrat metr torpaq 13 429 dollar təşkil edib və iyun ayı ilə müqayisədə 0,19 faiz, ötən ilin iyulu ilə müqayisədə 0,74 faiz çox olub.
Bağ evləri seqmentində də cüzi artım müşahidə olunub. Bu ilin iyul ayında bağ evlərinin qiyməti ötən ilin iyul ayı ilə müqayisədə 1,02 faiz, bir il ərzində isə 1,6 faiz artıb.
Kirayə seqmentində də bu ilin iyul ayında iyunla müqayisədə 5,6 faiz artım müşahidə olunub, bir il ərzində isə qiymətlər 4,08 faiz ucuzlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA