zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan nefti bahalaşıb

20-12-2022, 13:42

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 84,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 81,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 79,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA