zamanlabirge.az
zamanlabirge.az

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir – Nazirlik

27-08-2019, 12:22

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir – Nazirlik Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ankara və Bakı ticarət dövriyyəsini beş milyard dollara qədər artırmaq potensialına malikdir.
Nazirlikdən bildirilib ki, 2018-ci ilin nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,853 milyard dollar təşkil edib, lakin iki ölkə arasında qardaşlıq münasibətləri fonunda bu rəqəm kiçik görünür.
Nazirlikdən o da qeyd olunub ki, bu ilin altı ayının nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 907,661 milyon dollara bərabər olub.
Nazirlik istisna etmir ki, 2019-cu ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsi iki milyard dolları ötəcək.
Həmçinin bildirilib ki, bu ilin altı ayı ərzində Türkiyənin Azərbaycana ixracı 699,060 milyon dollar, Azərbaycandan idxalı isə 208,601 milyon dollar təşkil edib.
Məlumata əsasən, bu ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 118,468 milyon dollar olub.
Bu ilin iyun ayı ərzində Türkiyənin Azərbaycana ixracı 100,575 milyon dollar, Azərbaycandan idxalı isə 17,893 milyon dollar təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA