zamanlabirge.az
zamanlabirge.az

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib

10-10-2022, 10:30

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova oktyabrın 9-da ömrünün 82-ci payızında vəfat edib.
Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş bəstəkar Ruhəngiz Qasımovanın lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var.
Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, "Qonşu qonşu olsa...” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.
R.Qasımova 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2019-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA