zamanlabirge.az
zamanlabirge.az

Mədəniyyət Nazirliyi anti-Türkiyə mövzusunda filminin Azərbaycanda nümayişinə münasibət bildirdi

1-12-2022, 11:05

Mədəniyyət Nazirliyi anti-Türkiyə mövzusunda filminin Azərbaycanda nümayişinə münasibət bildirdi Mədəniyyət Nazirliyi "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur:
"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.
Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.
Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “Landmark”da "Odda - İki Bacı" ("Sisters Apart") filminin nümayişini təşkil edir. Anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA