zamanlabirge.az
zamanlabirge.az

Kadr məsuliyyəti ümumi işin təməlidir

2-08-2022, 12:15

Kadr məsuliyyəti ümumi işin təməlidir Hamımıza məlumdur ki, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələr üzrə əsaslı dönüş yarandı və bu proses səhiyyə sahəsində də aşkar şəkildə özünü büruzə verdi. Bir növ, insanların sağlamlığı prioritet vəzifə kimi qarşıya qoyuldu və yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsinə, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir tibbi cihaz və avadanlıqların gətirilməsinə xüsusi diqqət yetirildi.
Çox sevindirici haldır ki, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir, səhiyyənin beynəlxalq standartlara uyğun qurulmasında əməli addımlar atır. Onun rəhbərliyi, diqqət və qayğısı, tövsiyələri, göstərişləri sayəsində Azərbaycan səhiyyə artıq prioritet sahə kimi dünyanın diqqət mərkəzindədir.
Bu mənada, Azərbaycan Respublikasında perinatal fəaliyyətin səhiyyə prioritetlərinə tam uyğun şəkildə qurulması da tibbi islahatların ehtiyac duyulan arqumenti kimi ehtiva edir. Bu istiqamətdə hazırda köklü nəticələr əldə olunur, bir sıra naliyyətlərə imza atılır. Zənnimicə, Respublika Perinatal Mərkəzinin hazırkı işində də elə bu nüans özünü labüd şəkildə göstərir. Mərkəzin baş direktoru Məryəm xanım Rzayevanın rəhbərliyi ilə son günlər burada tibbi resurslar cəmiyyət işinin vacib tərkib hissəsi kimi diqqət çəkir. Əgər bir müddət əvvəl bu mərkəzdə tibbi fəaliyyət ibtidai şəkildə idisə, hazırda bu proses çox ciddi şəkildə sürətlənib və atılan addımlar uğurlu nəticələrlə müşayiət olunur.
Səmimi deyək ki, Respublika Perinatal Mərkəzi Məryəm xanımın rəhbərliyi altında uşaqların və anaların sağlamlığının qarantı olmaq məsələsinə çox ciddi əhəmiyyət verir. Burada hər bir qadının dünyaya sağlam uşaq gətirməsi, onu cəmiyyət üçün yararlı vətəndaş kimi böyütməsi böyük önəm daşıyır. Sanki adıçəkilən mərkəzin şüarı elə budur.
Məryəm xanım rəhbəri olduğu mərkəzdə tibb elminin inkişafına, bu sahədə görülən və gələcəkdə görüləcək işlərə xüsusi diqqət çəkir. O, tez-tez həkimlərlə dialoqa girir, belə bir ictimai işin əhəmiyyətinin vacibliyini önə çəkir və mərkəzə müraciət edən qadınlara da elə bu zəruri halın aşılanmasını məsləhət görür. Çünki sağlam ana əlbəttə dünyaya sağlam uşaq gətirir və nəticədə, cəmiyyətimiz sağlam vətəndaşlarla əhatələnir.
Məryəm xanım hər dəfə xüsusi olaraq bir məsələyə toxunur ki, perinatal diaqnostikanın yaranması cəmiyyətdəki nöqsanları görməyə də əsas verir. Çünki Perinatal Mərkəzə müraciət edən qadınların müayinəsi zamanı onların bətnindəki uşağın hansı təsirlər gördüyü dərhal aşkara çıxır. Bəlli olur ki, uşaq bətndə hansı təzyiq və təsirlərə məruz qalıb. Bu, təkcə anaların təhlükəsizliyi və sağlamlığı üçün atılmış addım deyil, həm də cəmiyyət insanlarının qadınlara qarşı davranışında yeni zəruri imkanların yaranmasına xidmət edir.
Məryəm xanım əlavə olaraq qeyd edir ki, perinatal diaqnostikanın məqsədi müalicə olunmayan genetik xəstəlikləri, anomaliyaları erkən hamiləlik həftələrində müəyyən etmək və ailənin seçiminə uyğun, bu qeyri-zəruri halı başa çatdırmaqdan ibarətdir. Çünki belə olduqda, bu metod hesabına genetik xəstəliklərin və əlilliyin qarşısını almaq mümkündür. Kadr məsuliyyəti ümumi işin təməlidirKadr məsuliyyəti ümumi işin təməlidir
Məryəm xanım söhbət əsnasında ailə planlaması və reproduktiv sağlamlığa da xüsusi diqqət çəkir. O, vurğulayır ki, ailə planlaması tədbirləri valideynlərin sosial, iqtisadi və sağlamlıqlarının icazə verdiyi, qadının əvvəlki hamiləlik və doğuşdan sonra fiziki-psixi vəziyyətini bərpa edəndən sonra təkrar hamiləlik barədə düşünməsinə nəzarət edən proqramdır. Hazırda Respublika Perinatal Mərkəzində bu prosesə ciddi fikir verilir. Çünki dünyaya uşaq gətirəcək qadınlara qarşı normal tibbi davranışın olması cəmiyyətimizin sağlam vətəndaşlardan ibarət olmasına zəmin yaradır. Bir sözlə, perinatal diaqnostika gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün təməl prinsipidir və gələcəyimiz olan körpələrin dünyaya sağlam və gümrah göz açmaları üçün perinatal diaqnostikanın imkanlarından istifadə edilməsi hər bir valideynin vətəndaşlıq borcudur.
Biz sözün əsl mənasında Respublika Perinatal Mərkəzində islahatçı bir zəminlə rastlaşdıq və bizə aydın oldu ki, rəhbərlik işi bacarıqlı kadra həvalə olunanda işlər günün tələbləri səviyyəsində həllini tapır.
Elə Respublika Perinatal Mərkəzinin qarşısında rastlaşdığımız insanlarla söhbətdən də məlum oldu ki, adıçəkilən mərkəzdə tibbi prosedur günün tələblərinə tam cavab verir.
Bundan əlavə, Məryəm xanımın rəhbərliyi altında Respublika Perinatal Mərkəzində bacarıqlı kadrlar fəaliyyətdədir və onların hər biri müasir tibbə öz töhfələrini verməkdədirlər. Məsələn, adıçəkilən mərkəzin ginekoloq-uzmanları Elnurə Salmanovanın və Sevinc Həsənovanın fəaliyyətindəki uğurlu göstəricilər adıçəkilən mərkəzdə hər şeyin yeniləşən tibbi prosedurlar qaydasında olduğuna dəlalət edir. Onlar 44 günlük Vətən müharibəsi dövründə fədakarlıq edərək könüllü surətdə cəbhə bölgəsinə gedib, erməni hücumuna məruz qalmış mülki vətəndaşlarımıza tibbi yardım göstəriblər. Belə bir qətiyyətli addımı yalnız öz işinə məhəbbəti olan kadrlar ata bilər. Məhz bu situasiya da göstərir ki, Respublika Perinatal Mərkəzində təkcə bacarıqlı və istedadlı həkimlər deyil, həm də Vətənə dərin məhəbbəti olan mütəxəssislər çalışırlar.

P.S. Xatırladaq ki, Respublika Perinatal Mərkəzinin baş direktoru Məryəm xanımın anası dünyasını dəyişib. Əbəttə, ana varlığı hamı kimi Məryəm xanım üçün də ən ali varlıqdır. Ana itirmək dünyada tək qalmaq, hicran əzablarında qovrulmaq mənası da kəsb edir. Bu anlamda, anasının vəfatı ilə əlaqədar Məryəm xanıma Allahdan səbr diləyir, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA