zamanlabirge.az
zamanlabirge.az

Şəhid anaları Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər

17-04-2023, 21:32

Şəhid anaları Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan gətirilən şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.
Elmi-Tədqiqat Kardiologiya İnstitutundan verilən məlumata görə, otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.
Günün sonunda şəhid anaları üçün iftar süfrəsi verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA