zamanlabirge.az
zamanlabirge.az

Azad edilən ərazilərdə səhiyyə strukturlarının yaradılmasına investisiya qoyumlası təklif edilir

14-11-2023, 14:58

Azad edilən ərazilərdə səhiyyə strukturlarının yaradılmasına investisiya qoyumlası təklif edilir Azad edilən ərazilərdə yeni səhiyyə strukturlarının yaradılması və tibbi xidmətlərin təşkili məqsədilə investisiya vəsaitələrinin də bu istiqamətə yönəldilməsi yaxşı olardı.
Bunu Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov çıxışında səhiyyə üzrə dövlət proqramlarının əhatə etdiyi xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsini təklif edib:
“Bu gün ölkədə səhiyyə üzrə 18 dövlət proqramı həyata keçirilir və ən ağır xəstəlikləri əhatə edir. Proqramların icrası üçün gələn ilin dövlət büdcəsindən 265 milyon manat ayrılması nəzərdə tutulub. Hesab edirəm ki, bu vəsait müvafiq proqramların adekvat həyata keçirilməsi üçün çox azdır. Ona görə bu proqramların icbari tibbi sığortaya cəlb olunması daha uyğun olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA