zamanlabirge.az
zamanlabirge.az

Dövlətçilik amilinə təsir edən vasitələr çoxdur

22-09-2020, 12:58

Dövlətçilik amilinə təsir edən vasitələr çoxdur İltizam Yusifov,
millət vəkili


Vətəndaş amili ölkəmizdə də həyata keçirilməsi vacib olan məsələdir. Bu prosesin dövlət strategiyası öz məzmununda strateji istiqamət kimi səciyyələnməli, vacib hədəflər vicdan prinsipləri ilə əhatə edilməlidir. Bu da o deməkdir ki, milli dəyərlərə əsaslanan strateji istiqamətlərdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü qanun proseslərinin müəyyənləşdirilməsi, bu istiqamətdə insan resurslarının önə çəkilməsi, səmərəli, şəffaf dəyişikliklərin edilməsi əsas hədəflərdir.
Dövlət qurmaq, müstəqil yaşamaq heç də bütün xalqlara nəsib olmur. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçir; bu mənada Azərbaycan da özünün çiçəklənmə və tənəzzül dövrünü yaşayıb. Və əlbəttə ki, dövlətlərin güclü iradə nümayiş etdirməsində şəxsiyyətlər də başlıca rol oynayırlar.
Qeyd edək ki, XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrilib. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaranıb.
Dövlətçilik amilinə təsir edən vasitələr çoxdur. Ölkəmizin tolerantlıq dəyərləri də bu vasitələrdən sayılır. Təbii ki, bu gün ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sahələrin, o cümlədən dini sərbəstliyin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycanda multukulturalizm reallığı nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkə başçısı bu barədə danışarkən qeyd edib: «Multukulturalizm elə prosesdir ki, bu prosesin hüdudları yoxdur. Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq...»
Azərbaycanın dövlətçilik tarixi onun şərəf yüksəlişidir. Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir. Çox sevindirici haldır ki, XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, öz tolerant missiyalarını uğurla həyata keçirir.
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir və xalqımızı xoşbəxt sabahlara aparır. Bu gün Azərbaycanda yeni-yeni zəfərlər gətirəcək milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var.
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan siyasi qloballaşmada milli özünüdərkə, adət-ənənə prinsiplərinə, ləyaqət, qürur hisslərinə daha ətraflı və əhatəli yanaşmaqdadır. Demək, qloballaşma, qloballıq prinsipləri heç də ölkələrin dəyər sistemlərini zəiflətməyə xidmət etmir, əksinə, ölkələrarası sivill parlaqlığı təmin edir. Bunu nədənsə çox hallarda yalnız Azərbaycanın geosiyasi parametrlərində görürük. Bu mənada da xalqımız hər zaman Azərbaycana müstəqillik, müasirlik bəxş edən ümummilli lider Heydər Əliyevə minnətdar olacaqdır. Çünki onun qurduğu və müasir tempə sığışdırdığı sağlam siyasət bu gün Azərbaycanımızı bütün təzyiq və təsirlərdən qoruyur.
Təbii ki, bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri-düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, biri-birindən məsuliyyətli vəzifələr dayanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA