zamanlabirge.az
zamanlabirge.az

PAKİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ MİLLİ MƏCLİSDƏ OLUB

19-11-2020, 09:43

PAKİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ MİLLİ MƏCLİSDƏ OLUB Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayeilə görüşüblər.
Görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluqvə qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib. Pakistanın rəhbərliyi, parlament, dövlət və hökumət rəsmiləri o çətin günlərdə ölkəmizə dəstəklərini sosial şəbəkələrdə də ifadə ediblər. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk.
Söhbət zamanı Qənirə Paşayevaölkələrimiz arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələringenişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlardan söz açıb. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib.Səfirin diqqətinə çatdırıb ki, başçılıq etdiyi Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisin beynəlxalq əlaqələri sahəsində fəaliyyət göstərən ən böyük qruplardan biridir.
Görüş zamanı Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeöncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini yetirib. Qeyd edib ki, xoşbəxtəm ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyəm. Vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. Və bu qələbənin qazanılmasında Milli Məclisin də böyük payı var.
Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləriTahir Rzayev və Sadiq Qurbanovvurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədivə biz bununla qürur duyuruq.
Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA