zamanlabirge.az
zamanlabirge.az

29 ildir sağalmayan yara - “Xocalı soyqırımı”

26-02-2021, 13:37

29 il keçməsinə baxmayaraq ağrıları bütün azərbaycanlıların qəlbində olan Xocalı qətliamı insanlıq tarixinə qara ləkə kimi yazılıb.
“TRT Haber” fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənlərinin uşağa, yaşlıya baxmadan soydaşlarımızı vəhşicəsinə qətlə yetirdikləri həmin gün barədə reportaj hazırlayıb.
Sovet İttifaqının dağılması ilə ermənilər Azərbaycana qarşı ərazi iddialarına və hücumlara başladı. Bədnam qonşular bölgənin yeganə hava limanına sahib olan və strateji əhəmiyyətə malik Xocalını ələ keçirmək üçün hərəkətə keçiblər.
25 fevral 1992-ci ildə aylarla davam edən hücumlarını gücləndirən ermənilər Xankəndidəki sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə gecə Xocalıya hücum ediblər.
İşğalla kifayətlənməyən ermənilər dinc sakinləri kütləvi şəkildə, vəhşicəsinə qətlə yetirib, əsrlərə amansızcasına işgəncələr verməklə 20-ci əsrin ən qanlı qətliamlarından birini törədiblər. O dövrdə çəkilən fotoşəkillər qətliamın dəhşətini göz önünə sərir.
Azərbaycan Baş Prokurorluğunun məlumatlarına görə, əvvəllər yeddi min nəfərin yaşadığı Xocalıda 106 qadın, 70 yaşlı və 63 uşaq daxil olmaqla 613 Azərbaycan vətəndaşı öldürülüb.
487 nəfər hadisədən ağır xəsarətlərlə xilas olub, ermənilər 1 275 nəfəri əsir götürüb, onlardan 150 nəfərindən bu günə qədər xəbər alınmayıb. Xocalının işğalı Azərbaycan dövlətinə 170 milyon dollar maddi ziyan vurub.
Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarına əsasən, Xocalıda baş verənlər hərbi cinayət və ya insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA