zamanlabirge.az
zamanlabirge.az

Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib

7-12-2021, 10:15

Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.
2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.
Dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.
Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gördük.
Sakin: Xoş gəlmisiniz, cənab Prezident. Sizi təbrik edirik.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Bəli, birinci dəfədir ki, Qonaqkənddəyəm.
Sakinlər dövlətimizin başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildirdilər.
Sakin: Allah Sizdən çox razı olsun ki, bu qərarı verdiniz. Əhali çox razıdır. Bu bölgədə, ümumiyyətlə, həm qaz var, həm işıq var, həm yollar çəkilir. Əhali çox rahatdır. Bir də Sizi Qələbə münasibətilə təbrik etmək istəyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Düzdür mən tviterdə təbrik etmişəm, amma belə üzbəüz görməmişəm. Siz çox böyük Qələbə əldə etdiniz. Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız. Bunu heç vaxt unutmaq olmaz.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz. Ona görə də Quba camaatı, Sizdən çox razıdır. Son vaxtlar Qubada kifayət qədər böyük işlər görülür. Bunlar hamısı rəhbərliyinizlə olur. O cümlədən Mehriban xanıma mən öz dərin minnətdarlığımı bildirirəm. Onun humanitar sahədə gördüyü işlər kifayət qədər çoxdur. Biz onun hamısı ilə maraqlanırıq. Ümumiyyətlə, Prezident, Birinci vitse-prezident Azərbaycanda çox işlər görürlər, hələ bundan sonra da çox işlər görəcəklər. Azərbaycan 200 ildə ilk dəfə olaraq torpağını azad etdi. Buna Siz nail oldunuz, Sizin siyasətiniz nail oldu. Sizə uğurlar arzu edirəm. Bir də ayın 24-də Sizin 60 yaşınız olacaq. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə cansağlığı, Mehriban xanımla daim bir yerdə olmağınızı, nəvələrinizin toyunu görməyinizi arzu edirəm. İnşallah.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Sakin: Hörmətli Prezidentimiz, Qonaqkənd torpağına xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Bu gözəl günləri, bu gözəl həyatı bizə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Minillik tarixi vərəqləsələr görərlər ki, belə gözəl dövran, belə gözəl zaman, belə gözəl həyat olmayıb.

Heydər bir günəşdir gəlib cahana,
Onun işığıdır, düşüb hər yana.
Eşq olsun, qəhrəmanlar ölkəsi Azərbaycana.

1970-ci ildə Ulu Öndərimiz Quba rayonuna gələndə mən qarşılamışam. Onun alqışını qazanmışam. İndi Allah nəsib edib Sizi də qarşılamaq qismət olub mənə.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Müharibə başlayandan 14 nəfər əsgər göndərmişəm - 3 övlad, 11 nəvə. Qazisi də var, veteranı da var, bu saat cəbhədə olanı da var. Bu körpülər ki, salınır, bunları heç bir xəzinə əvəz edə bilməz. Bu 2 çay sürü ilə qoyun aparıb, saysız-hesabsız texnikalar batırıb. Bu Qonaqkənd belə olmayıb. Bu həyat, bu rahatlıq, bu işlər Sizin yorulmaz fəaliyyətinizin, uğurlu siyasətinizin nəticəsidir. Var olun!
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Allah qorusun Sizi. Allah qorusun xalqını, Vətənini, torpağını qoruyan insanları. İndi bir balaca şeir var, əgər icazə versəniz, onu deyim.

Ali Baş Komandan İlhamın,
Göstərdiyi hünəri xalqın ürəyindədir,
Qazandığı hər zəfər xalqın ürəyindədir.
Dəmir yumruq sındırdı düşmənlərin belini,
Sevindirdi ölkəsini, sevindirdi xalqını,
Qazandığı hər zəfər xalqın ürəyindədir.
Aşıq Vahidin səsi, heyran edir hər kəsi,
44 günün təntənəsi xalqın ürəyindədir.
Ordumuzun şöhrəti,
Ordumuzun qüdrəti,
Ordumuzun hörməti
Həm yerdə, həm göydədir.
Sağ olsun Ordumuz, durur ər kimi,
Vətən keşiyində şiri-nər kimi,
Mən də öz xalqımla bir əsgər kimi,
Vətən yolunda hazıram bu gün.
Eşq olsun qəhrəman Azərbaycana!

Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Var olun. Allah qorusun Sizi. Allah xalqımızı, millətimizi qorusun. Çox sağ olun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA