zamanlabirge.az
zamanlabirge.az

Londonda Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yürüş keçirilib

28-02-2022, 11:03

Londonda Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yürüş keçirilib London şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Natavan Qrup”un təşkilatçılığı ilə baş tutan aksiyada iştirak edən soydaşlarımız “Green Park Underground Station” ərazisindən Pikadilli-Kensinqton yolu boyunca Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə doğru irəliləyiblər.
Aksiya zamanı Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotomateriallar, “Biz xatırlayırıq!”, “Xocalı soyqırımı. 26 fevral 1992”, “Xocalıya ədalət!” şüarlarının əks olunduğu posterlər nümayiş olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA