zamanlabirge.az
zamanlabirge.az

AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

5-11-2022, 21:29

AHİK İcraiyyə Komitəsi bəyanat yayıb Noyabrın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 8 Noyabr - Zəfər Günü ilə əlaqədar iclası keçirilib.
Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Qələbədən, effektiv ordu quruculuğundan, işğalın acı fəsadlarından, xalq və ordu birliyindən, qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına ayrılan ali diqqətdən, qazilərə, şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğıdan bəhs edib.
S.Möhbalıyev həmçinin Azərbaycan həmkarlar ittifaqlarının müharibə dövründə fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, postmüharibə dövründə şəhid ailələrinə, qazilərə, eləcə də müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstəkdən danışıb.
Digər çıxış edənlər Azərbaycan hərbçilərinin şücaətindən, şanlı döyüş yolundan, Şuşanın azad edilməsində göstərdikləri rəşadətdən söz açıblar.
Sonda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin bəyanatı qəbul olunub.
Bəyanatda deyilir:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızı azad etməsindən, tarixi ədalətin bərqərar olmasından, beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasından iki il ötür. Dövlətimizin başçısı cənab İlham Əliyevin peşəkar sərkərdəlik məharəti, qətiyyəti, polad iradəsi, rəşadətli və yenilməz Ordumuzun qəhrəmanlıqları, müdrik xalqımızın sarsılmaz birliyi sayəsində cəmi 44 günə şanlı döyüş yolu keçərək parlaq Zəfərə qovuşduq. Bu gün Azərbaycan güclü və qalib dövlət kimi dünyada öz mövqelərini möhkəmlədib. Hazırda Azərbaycan dövləti yalnız öz gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən qurur, sürətli və planlı şəkildə abadlıq-quruculuq işləri həyata keçirir. Artıq bölgədə əvvəlkindən fərqli olaraq bütün Cənubi Qafqazın və ümumilkdə regionun hərtərəfli inkişafına təkan verəcək Azərbaycanın müəllifi olduğu yeni reallıqlar hakimdir. Bu, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, iqtisadi inkişafa xidmət edəcək yeni vəzifələrdir ki, Ermənistanın bununla barışması onların əmin-amanlıq şəraitində yaşaya bilməsi üçün son dərəcə vacibdir. Azərbaycan münasibətlərin normallaşmasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, milli maraqlar çərçivəsində hətərəfli əməkdaşlığa çalışır. Ermənistan tərəfi də yaranmış yeni reallıqları dərk etməli, ortaya konkret mövqe qoymalı, qalib Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməlidir. Bütün bunlar Azərbaycanın suverenliyi, təhlükəsizliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir”.
AHİK-in üzv təşkilatları
1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası
3. “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
4. “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
8. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı
13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
16. “İnşaat-İş” Həmkarlar İttifaqı
17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı
20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı
22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA