zamanlabirge.az
zamanlabirge.az

Əsas məqsəd qaçqınların öz dədə-baba yurduna qaytarılmasından ibarətdir - Qərbi Azərbaycan İcmasının sədri

30-12-2022, 12:10

Əsas məqsəd qaçqınların öz dədə-baba yurduna qaytarılmasından ibarətdir - Qərbi Azərbaycan İcmasının sədri İnanıram ki, Qarabağda bərpa etdiyimiz tarixi ədaləti Qərbi Azərbaycanda da bərpa edəcəyik.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
O qeyd edib Dekabrın 24-də Azərbaycan və dünya ictimaiyyəti Müzəffər ali Baş Komandan İlham Əliyevin növbəti uğurlju siyasətinin şahidi oldu. “Tarixi ədaləti Qərbi Azərbaycanda da bərpa etmək əzminə şahidlik etdik. Qərbi Azərbaycan İcması bu il avqustun 3-də yaradılıb. İcmanın məqsədi erməni terrorizminin son iki əsrdə İrəvandan deportasiya olunmuş azərbaycanlıların və onların varisinin hüquqlarının bərpası, onlara qarşı törədilmiş cinayət həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaqdan ibarətdir. Əsas məqsəd qaçqınların öz dədə-baba yurduna qaytarılmasından ibarətdir. İnanıram ki, Qarabağda bərpa etdiyimiz tarixi ədaləti Qərbi Azərbaycanda da bərpa edəcəyik” – deyə deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA