Rəcəb Tayyib Ərdoğan: Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim
Bu dəfə Sizinlə (Prezident İlham Əliyev – red.) Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram.
Zamanlabirge.az xəbər verir ki, , bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında söyləyib.
“2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.
/zamanlabirge.az/