zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ədliyyə sahəsinə məxsusi önəm verməsi Heydər Əliyev siyasətinin bariz ifadəsidir

17-11-2023, 13:05

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ədliyyə sahəsinə məxsusi önəm verməsi Heydər Əliyev siyasətinin bariz ifadəsidir Ədliyyə orqanlarında çalışanların ilk növbədə, dövlətçilik prinsiplərinə sadiq, yüksək nəzəri və peşə hazırlığına, tələbkarlığa və prinsipiallığa malik, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən bir şəxs olması mütləq və vacibdir. Ulu öndərimiz Heydər Əliyev də hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarından müstəqil Azərbaycan dövlətinə sədaqətli olmağı, mənəvi saflıq və mənəvi paklıq tələb edirdi. Bu tələblər Ədliyyə Nazirliyində kadr siyasətinin düzgün təşkil olunması üçün əsas meyar olmuşdur.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin ədliyyə sahəsinə məxsusi önəm verməsi Heydər Əliyev siyasətinin bariz ifadəsidir. İlham Əliyevin bilavasitə rəhbərliyi altında Ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yeniləşmişdir.
Ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan Ədliyyəsinin, fərəh hissi ilə deyə bilərik ki, keşməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan Ədliyyəsinin inkişaf yolu bir neçə tarixi mərhələdən keçmişdir.
Ulu öndər Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan Ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
Məhkəmə infrastrukturunun yaxşılaşdırılaraq bu il Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədilə ən layiqli yerlər ayrılmış, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədilə beynəlxalq təcrübəyə uyğun layihələr hazırlanmışdır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Respublikasını daha dinamik, sürətli inkişaf yoluna çıxarmışdır. Artıq ardıcıl olaraq bir neçə ildir ki, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada liderlərdən biridir. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər dünyanın bütün mötəbər beynəlxalq qurumları tərəfindən təqdir olunur, dəyərləndirilir. Ölkəmizdə son illər baş verən sürətli sosial-iqtisadi dəyişikliklərlə paralel olaraq dövlət idarəçilik mexanizminin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, ədliyyə sisteminin də inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini şərtləndirirdi.
Bu gün ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Son illərdə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ hüquqi akt qəbul olunub. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işinin və strukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma tələbatının daha optimal şəkildə təmin olunması üçün tədbirlər görülməsi zərurəti yaratmışdır. Tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında açıq-aşkar hiss edir, qiymətləndirirlər. Öz xalqının iradəsini ifadə edən və demokratikliyi ilə seçilən dövlət xadimi müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin davamlı, çevik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsi uğurla davam edir.
Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə başda Azərbaycan Respublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov olmaqla respublikamızın bütün ədliyyə işçilərini təbrik edir, qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar diləyirəm.

Hünər Hacıyev,
Bakı şəhəri 12 saylı Notariat Ofisinin notariusu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA