zamanlabirge.az
zamanlabirge.az

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

6-09-2019, 21:28

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib Prezident İlham Əliyev Braziliya Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA