zamanlabirge.az
zamanlabirge.az

Əhalinin sağlamlığı naminə aparılan dezinfeksiya işləri Səbail rayonunda operativ və mütəşəkkil qaydada davam etdirilməkdədir

27-04-2020, 11:43

Əhalinin sağlamlığı naminə aparılan dezinfeksiya işləri Səbail rayonunda operativ və mütəşəkkil qaydada davam etdirilməkdədir Dünyanı ağuşuna alan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər ölkəmizdə aktuallığını və nümunəviliyini qoruyub saxlamaqdadır. Virusun daha geniş yayıldığı Bakı şəhərində qabaqlayıcı tədbirlərin zamanında və operativ təşkilinin müsbət nəticəsidir ki, son günlər yoluxma və ölüm faktının azalması, sağalıb evə buraxılanların sayının isə artımı deməyə əsas verir ki, yaşadığımız pandemiya problemi tezliklə aradan qalxacaq, həyat əvvəlki axarında davam edəcək.
Paytaxtın paytaxtı sayılan Səbail rayonunda bu baxımdan aparılan dezinfeksiya işlərini təqdirəlayiq hal hesab etmək olar. Təkcə karantin dövrü tətbiq ediləndən bu yana rəqəmlərin dili ilə və konkret faktlarla danışsaq, görərik ki, rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun tapşırığı və birbaşa iştirakı ilə aprel ayının 14-dənBadamdar qəsəbəsinin 1-ci, 2-ci və 3-cü yaşayış massivində ümumilikdə 15 min nəfərdən çox sakinin yaşadığı 80 çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində və 1750 fərdi yaşayiş evinin ətrafında dezinfeksiya işləri davam etdirilmiş aparılan işlərin gedişi ilə icra başçısı yerində tanış olmuşdur.
Aprelin 17-də isə şəhərin mərkəzi hissəsində 34 mindən artıq sakininin yaşadığı 264 çoxmənzilli yaşayış evi və 71500 kvadratmetr ümumi sahəsi olan 6 qeyri-yaşayış binası təkrar olaraq dezinfeksiya olunmuşdur.
Aprelin 18-də mərkəzdə yerləşən 41 küçə və prospektdə, 6 park və xiyabanda, 8 yeraltı piyada keçidində Bakı Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təkrar xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılmışdır.
Aprelin 21-də isə Bayıl yaşayış sahəsi ərazisində ümumilikdə 14 mindən çox sakinin yaşadığı 27 çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan yerlərində və 2560 fərqi yaşayış evinin həyətyanı sahələrində və ətrafda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilmişdir.
Nəhayət, aprelin 24-də Səbail rayonu 21-ci yaşayış sahəsi ərazisində ümumilikdə 7 mindən çox sakinin yaşadığı 950 fərdi yaşayış evinin həyətyanı sahəsində, ətrafında və məhəllədaxili yollarda zəruri avadanlıq və pereparatlarla təchiz olunan işçi qrupları tərəfindən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə dezinfeksiya işləri aparılmışdır.
Bir sözlə, ölkə rəhbəri, cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini əldə əsas tutaraq Səbail rayon rəhbərliyi əhalinin sağlamlığı üçün zəruri olan bütün addımları atmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA