zamanlabirge.az
zamanlabirge.az

AQTA-dan Qurban bayramı ilə bağlı MÜHÜM TÖVSİYƏLƏR

5-08-2019, 20:35

AQTA-dan Qurban bayramı ilə bağlı MÜHÜM TÖVSİYƏLƏR Qurban bayramına sayılı günlərqalmış Qida Təhlükəsizliyi Agentliyi kəsim prosesinin hansı ardıcıllıqla icra ediləcəyini açıqladı. Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirir ki, vətəndaşlar prosesinin necə keçiriləcəyini öncədən bilməlidirlər ki, bayram günlərində arzuolunmaz mənzərələr yaşanmasın.
Qalib Əbdüləliyev qeyd edir ki, paytaxtda və bölgələrdə qurbanların kəsilməsi üçün xüsusi yerlər ayrılıb. Buna görə də vətəndaşlar bunun üçün aidiyyatı qurumlara müraciət edərək indidən kəsim üçün yer götürməklə bağlı qeydiyyata düşə bilərlər.
Baş baytarlıq müfəttişi bildirir ki, bölgələrdən heyvan gətirib başqa yerlərdə satanlar da bəzi qaydalara xüsusi diqqət etməlidirlər. Əks halda onların heyvan satışında problemlər yarana bilər.
Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi qurban kəsmək istəyən vətəndaşlara qurumun təsis etdiyi kəsim yerlərinə indidən müraciət etməyi tövsiyyə edir. Çünki, bayram günü yaxınlaşdıqca müraciətlərin sayı artacaq və buna görə sıxlıq yaşanması ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA