zamanlabirge.az
zamanlabirge.az

"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib

25-02-2022, 20:59

"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib "Şəms" körpələr evi-uşaq bağçası övladlarınızın uğurlu gələcəyinin təminatıdır
Bağçada Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib


“Şəms” uşaq bağçasında “Xocalı soyqırımı”na həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Şəms” uşaq bağçasının müdiri İradə xanım İbrahimova azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən erməninin Xocalıda törətdiyi qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli olduğunu bildirib. Qeyd edib ki, Xocalının dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənə layiqli cavabı 44 gün ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Azərbaycan Ordusu verdi, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.
İradə xanım həmçinin bildirib ki, hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması, Prezident İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncama uyğun olaraq həyata keçirilən tədbirlər faciənin miqyasını, erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan əməllərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşıyır.
“Şəms” uşaq bağçasının müdiri İradə xanım uşaqların milli ruhda tərbiyə olunması, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində bağçalarda görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra uşaq bağçasında “Xocalı soyqırımı”na həsr olunan tədbir keçirilib. Bağçanın tədbirlər zalında faciə ilə bağlı səhnə qurulub, müxtəlif stendlər tərtib edilib, qərənfillər düzülüb. Uşaqlar Xocalı faciəsi haqqında şeir və mahnılar söyləyib, müxtəlif səhnəciklər göstəriblər.
"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib"Şəms" körpələr evi-uşaq bağçasında Xosalı soyqırımı ilə bağlı tədbir keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA