zamanlabirge.az
zamanlabirge.az

Dini dəyərlərimizin təbliğatçısı

2-08-2022, 12:19

Dini dəyərlərimizin təbliğatçısıXalq arasında “Göy məscid” kimi tanınan Əjdərbəy məscidi bu gün dini dəyərlərimizin inamlı şəkildə qorunmasında önəmli rol oynayır. Məscidin axundu hacı Cavid inam və təqvada təcəlla edən bütün niyyətləri insanlarımızın sağlamlığı, dini təfəkkürü və cəmiyyətdəki nüfuzları üçün cəiyyələndirir.
Xatırladaq ki, ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş bu məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi də ehtiva edir.
Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdər bəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət otaqlarının sayını artırmağı qərara alıb.
Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy məscidinin özəlliyi ondadır ki, o, həm də yuxarıda dediyimiz kimi, xalq arasında Əjdərbəy, Göy məscid və ya İttifaq məscidi kimi tanınır.
Digər müqəddəs yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində repressiya hədəfinə tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna bariz nümunədir. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlərlə istifadə olunub. Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən sonra məscid yenidən müsəlmanların ixtiyarına verilib.
Memarlıq üslubuna görə, məscid simvolik görünüşə malikdir. O, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman Şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirilib.
Azərbaycan Prezidenti İlham Əliyev 25 may 2010-cu il tarixdə Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Dediyimiz ki, hazırda Əjdərbəy məscidi axund, hacı Cavidin rəhbərliyi altında ölkəmizin dini dəyərlərinin inamlı şəkildə qorunması və təbliğində ümdə vəzifə və məsuliyyət daşıyır.

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA