zamanlabirge.az
zamanlabirge.az

Təhlükəsizliyimizin qarantı

17-11-2022, 12:51

Təhlükəsizliyimizin qarantı Hamımız yaxşı bilirik ki, polis Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis öz məsuliyyətli işi və vicdanı ilə birbaşa Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət müstəqilliyinə, Azərbaycan vətəndaşına xidmət edir.
Son illər polis orqanlarındakı böyük islahatlar bu sahədəki xırda neqativliyə də əsaslə şəkildə son qoyub. Şəffaflıq bu sahəyə olan inamı artırıb.
Səmimi deyək ki, yol polislərinin də bu işdə böyük xidməti var. Bakı Şəhər Yol Polisi İdarəsinin Xırdalan şossesi üzrə təmsil olunan əməkdaşları da öz yüksək peşə bacarıqları ilə bu inkişafda pay sahibləridir. Məsələn, şöbənin istintaq üzrə məsul əməkdaşı Ağamir İbrahimov, digər əməkdaşlar Vüsal Məmmədov və Rafiq öz peşələrinə olan sonsuz sevgisi bu uğurun əsas göstəricilərindən hesab olunur. Biz özümüz də dəfələrlə bunun canlı şahidləri olmuşuq. Onların sürücülərlə davranışı, qayda və qanunlara əsl polis kimi riayət etməsi və s. gözümüzdən yayınmayıb. Bu da ona əsas verir ki, Azərbaycan polisi dövlətin həqiqi mənada dayağı və vətəndaşların qarantıdır.
Adlarının çəkdiyimiz şəxlər insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörməti, qanunçuluğu, humanistlik prinsiplərini öz peşələrinin əsas hədəfi seçiblər. Onlar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək hər hansı xətaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər.
Allah Azərbaycan polisini qorusun!

Fərqanə Müseyibqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA