zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanda dövlət rüsumlarından biri ləğv edilir

28-02-2023, 10:55

Azərbaycanda dövlət rüsumlarından biri ləğv edilir Azərbaycanda sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə görə onlar dövlət rüsumu ödəməkdən azad edilirlər.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA