zamanlabirge.az
zamanlabirge.az

MİQ üzrə növbəti yerləşdirməyə start verilir - RƏSMİ

2-10-2020, 15:52

MİQ üzrə növbəti yerləşdirməyə start verilir - RƏSMİ Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan 5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Bu mərhələdə 4000-dən çox vakant yerin çıxarılması nəzərdə tutulub.
Müsabiqənin əsas və əlavə yerləşdirilmə mərhələsinə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib.
Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA