zamanlabirge.az
zamanlabirge.az

Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub

9-04-2021, 17:39

Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
ADPU-nun Mətbuat katibi Cavid Hüseynov bildirib ki, professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilmiş və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləmiş, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək "filologiya üzrə fəlsəfə doktoru" elmi adını almışdır. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuşdur. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnmişdir. 2020-ci ildə Türkiyədə keçirilmiş musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu "Vətəndir" şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA