zamanlabirge.az
zamanlabirge.az

Şagirdləri kütləşdirən DİSTANT TƏHSİL: texniki həllər yetərlidirmi? - ARAŞDIRMA

19-04-2021, 17:23

Şagirdləri kütləşdirən DİSTANT TƏHSİL: texniki həllər yetərlidirmi? - ARAŞDIRMA “Keçən ildən pandemiya nəticəsində məktəblərin bağlanması səbəbindən uşaqlar yeni biliklər əldə etmək imkanından məhrum olublar. Distant təhsil rejiminə keçid edəndən sonra ibtidai sinif şagirdləri demək olar, yeni heç nə öyrənə bilməyiblər”.
Bu barədə Oksford Universitetinin mütəxəssislərinin apardıqları tədqiqatın nəticəsi olaraq, hazırladıqları hesabatda vurğulanıb.
Oksford Universitetinin demoqrafik elmlər mərkəzinin tədqiqatı onu göstərib ki, distant təhsil üsulunun yüksək səviyyədə olmasına baxmayaraq, ibtidai sinifdə təhsil alan şagirdlər yeni biliklərin heç 1/5 hissəsini də əldə etməyiblər. Proses daha çox aşağı təhsil səviyyəsinə sahib ailələrdə müşahidə edilib.
Tədqiqatın müəlliflərinin fikirlərinə əsasən, bu hal dünyanın bir çox ölkələrində müşahidə olunub. Məsələn, Niderlandda distant təhsil üçün ən yüksək şəraitlərdən biri yaradılıb. Lakin məktəblərin bağlanması səbəbilə oradakı şagirdlər yeni biliklərin əldə olunması məsələsində ortalama 20% geriləmə yaşayıblar. Uşaqların aşağı səviyyəli təhsilə sahib valideynlərində isə bu göstərici 50% təşkil edir.
“Bu nəticələr müəllimlərin və digər şəxslərin narahatçılığına səbəb olub. Niderland bir çox şeyi düzgün yerinə yetirib. Müəllimlər və məktəblərin administrasiyaları böyük səylər göstəriblər.
Böyük Britaniyada isə məktəblər daha uzunmüddətli bağlı qaldıqları üçün orda vəziyyət daha ciddi olmalıdır”, deyə tədqiqatçılardan biri qeyd edib.
Bu, o deməkdir ki, pandemiyanın məktəb təhsilinə verdiyi neqativ təsirləri aradan qaldırmaq üçün texniki həllər yetərli deyil. İlk sərt karantinin az müddətdə və texnologiyaların yüksək səviyyədə olmalarına baxmayaraq şagirdlərin inkişaf səviyyələri aşağı düşüb. Buna baxmayaraq tədqiqata əsasən, bəzi məktəblər distant təhsil rejiminə keçid zamanı şagirdlərin tam inkişaf etmələrinə nail ola biliblər. Mütəxəssislər bunu müəllimlərin verdikləri qərarların nəticələrində görürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA