"Mançester Yunayted" Neymarı transfer etməkdə maraqlıdır
İngiltərə Premyer Liqası klubu "Mançester Yunayted" Fransanın PSJ və Braziliya milli futbol komandasının hücumçusu Neymarla maraqlanır.
Bu barədə "Footmercato" agentliyi məlumat yayıb.
İngiltərə klubu hələ futbolçunun transferi ilə bağlı parislilərə rəsmi təklif irəli sürməsə də, artıq bir neçə aydır ki, futbolçunun Liqa 1 komandasındakı mövqeyi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.
Daha əvvəl bildirilmişdi ki, PSJ klubunu cari mövsümün sonunda genişmiqyaslı dəyişikliklər gözləyir. Klub rəhbərliyi 35 yaşlı argentinalının xidmətindən imtina edərək, Kilian Mabppe - Lionel Messi - Neymar hücum üçlüyünü dağıtmağa hazırdır.