zamanlabirge.az
zamanlabirge.az

Türk Dövlətləri Təşkilatı əlaqələrini daha da gücləndirməlidir - Prezident Administrasiyası

11-01-2022, 11:28

Türk Dövlətləri Təşkilatı əlaqələrini daha da gücləndirməlidir - Prezident Administrasiyası Türk Dövlətləri Təşkilatı (TDT) əlaqələrini daha da gücləndirməlidir.
Bunu Türkiyə Prezident Administrasiyasından TurkicWorld-a bildiriblər.
“Türk Dövlətləri Təşkilatının əlaqələrinin möhkəmlənməsi ilk növbədə xalqlarımızın maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı gələcəkdə də təşkilata üzv olan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın aktivləşməsi nəzərdə tutulur”, - deyə administrasiyadan bildiriblər.
Qeyd edək ki, bu gün TDT-yə sədrlik edən Türkiyənin təklifi ilə təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclas keçiriləcək.
Video-konfrans formatında keçiriləcək iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA