zamanlabirge.az
zamanlabirge.az

Sülh sazişinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA

17-04-2023, 21:33

Sülh sazişinin imzalanmasının uzadılması Ermənistanın regionda başqa maraqlarının olduğunu göstərir - Türkiyə PA Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu göstərir.
Bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
Administrasiyadan o da bildirilib ki, Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir.
“Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbacanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir”-deyə Türkiyə PA-dan bildiriblər.
PA-dan o da qeyd olunub ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.
Qeyd olunub ki, hər zaman olduğu kimi Türkiyə indi də bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara-Bakı qardaşlığı sarsılmazdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA