Sabirabad rayon "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin rəhbəri Fərman müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərman müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərman müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin rəhbəri Fərman müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad rayon "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin rəhbəri Fərman müəllim - Hazırda Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaqdır. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.
Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var.
Əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib.
Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.
Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Xatırladım ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.
Birləşmiş Ərəb Əmirlikləri ilə ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.
Statistikadan da görmək olur ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.
Neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallıqlar yaradır.
Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.
Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.
Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.
Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.
Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.